Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“WhatsApp”a yeni funksiya əlavə olunacaq

User 07 Aprel 2026 - 21:04
WhatsApp

WhatsApp

“WhatsApp” mesencerinin tərtibatçıları səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyasının inteqrasiyasına başlayıblar. Bu yenilik “WhatsApp”ın “Android” üçün son beta versiyalarından birində aşkar edilib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda səs-küyün azaldılması funksiyası tətbiqin stabil versiyalarında da görünə bilər.

AZƏRTAC “WABetaInfo” xəbər portalına istinadla xəbər verir ki, səs-küyün azaldılması aktivləşdirildikdə fon səsləri avtomatik olaraq filtr ediləcək, bu da “WhatsApp”da danışıqları daha aydın edəcək. Məsələn, həmsöhbətlərdən biri küçədə və ya ictimai nəqliyyatda olduqda, söhbətin digər iştirakçısı onu daha yaxşı eşidəcək. Səs-küyün azaldılması seçimi istifadəçinin istəyi ilə mesencerin ayarlarında aktivləşdirilə və ya deaktiv edilə bilər. Müvafiq keçid zəng menyusuna əlavə olunub. Səs-küyün azaldılması funksiyası əvvəlcədən aktivdir.

Yeni funksiya beta sınaqçıları üçün mərhələli şəkildə təqdim olunur. Əgər səs-küyün azaldılması funksiyasının sınaqları problemsiz keçərsə, yaxın həftələr və ya aylar ərzində “Android” qurğularında “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlçatan ola bilər.

AzPost.az

Post navigation

Previous: Tramp keçmiş jurnalist dostu Taker Karlsona “axmaq” dedi –
Next: “Trampın təhdidi baş tutsa Fars körfəzi zülmətə bürünəcək” –

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Bakının Xətai rayonunda kütləvi dava qətllə nəticələnib. İnsident zamanı bir nəfər öldürülüb, bir neçə nəfər isə bıçaqlanıb....
Read more about Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.