Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

“Fəryadı” Qələbəyə kökləyən sənətkar-

User 09 Aprel 2026 - 13:08
ceyhun02
Mərhum aktyorumuz Ceyhun Mirzəyevin doğum günüdür.
Sağ olsaydı 80 yaşını qeyd edərdi.
Azərbaycan kinosunun çox unikal, çox istedadlı sənətkarlarındandır Ceyhun…
Uşaq vaxtı lk dəfə “Ögey ana” filminə baxanda balaca İsmayılın anasının şəklinə baxıb ağlaması məni elə tutmuşdu ki…Ceyhun ana sevgisindən doymayan 8 yaşlı İsmayılın tənhalığını, itkinin bütün dəhşətini elə ifadə edir ki, heyrətlənirsən…
Sonralar ekranda yaratdığı müxtəlif obrazların hamısı tamaşaçı yaddaşında qalmışdı. İstər bolşeviklərə silah daşıyan dərzi oğlan, müsəlman balalarına dərs verən Qori seminariyasının tələbəsi, kefi ala-buludda olan İbadulla, istər “Lətifə”dəki bütün ətrafdakı eybəcərliyi görən, amma buna görə susan sovet partiya işçisi obrazları ekranda həmişə parlaq izini qoyurdu.
Ceyhun istedad idi…
“Fəryad” filmi Azərbaycanın müharibə əleyhinə çəkdiyi dəyərli filmidir.
“Fəryad”da hər şey var: Müharibənin dəhşəti, sülh ümidi, siyasi dəllaların girov qoyduğu talesiz insanlar, qəhrəmanlar və düşmənlər.
Filmdə azərbaycanlı əsir erməni körpə uşağına görə düşmən evini yandırmaqdan əl çəkir…
Vətən Müharibəsində Azərbaycan əsgəri düşmənə qarşı məhz Ceyhunun qəhrəmanı kimi davrandı: Dinc adamları öldürmədi, uşaqlara, qadınlara əl qaldırmadı.
Əclaf düşməndən fərqli olaraq Ləyaqətlə vuruşdu.
“Fəryad” filmi son 30 ildə Qarabağın işğalda olduğunu bizə unutmağa qoymayan film oldu.
Bu filmdəki sərt dialoqlar məğlubiyyətin acı qırmancı idi. Filmdən reallıqla bədii təsvirin bir-birinə qarşıdığı kədərli dəqiqlər axırdı.
Filmin mesajı 28 ildən sonra həyata keçdi.
Vətən Müharibəsində rayonlar bir-bir azad edildikcə hamının qulağında ixtiyarsız olaraq “Fəryad” filmi, idbar erməninin qulaqlarda qalan sevinc notları ilə dolu “Vnimane, vnimanie…Vzyali Şuşa” səsi gəlirdi.
Ceyhun Qələbənin olacağına əmin idi.
Filmdə epiqraf kimi İncildən seçilmiş “Və yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi. Ev uçub dağıldı” kəlamı həqiqət oldu.
Ceyhun indi Qarabağ uğrunda vuruşmuş iki nəsli birləşdirən bir obraza çevrilib.
Onun ölümü kinoda boşluq yaratdı…Bu gün də Ceyhunun yeri görünür.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Post navigation

Previous: Sabah Azərbaycanda hava necə olacaq?
Next: Tramp Avropa İttifaqından Hörmüzlə bağlı konkret plan tələb edir

Oxşar xəbərlər

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.