Ərdoğan Pezeşkianla sülh danışıqlarını müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Liderlər növbəti sülh danışıqlarını müzakirə edib.

Ərdoğan, qarşıdakı günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik naminə maksimum dərəcədə istifadə olunmasının vacibliyini vurğulayıb.

O, prosesi pozmaq istəyənlərə fürsət verilməməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib və Türkiyənin hər cür töhfə verməyə hazır olduğunu bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.