Polşada qabanlar o qədər həyasızlaşıb ki, şəhərdə sərbəst gəzməyə çalışırlar. Bu zaman onları robotlarla qovmaq məcburiyyətində qalırlar.
Azpost.info bildirir ki, hazırda Polşanın sosial şəbəkısinə ən populyar video Edvard adlı robotun bir qrup vəhşi qabanları qabağına qatıb qovmasıdır.
Edvard Varçotski adı verilmiş robot Unitree G1 əsaslı robotdur. O, tamamilə avtonom deyil. Bu model əvvəlcədən müəyyən edilmiş yolu izləyə, toqquşmalardan qaça və yıxıldıqda ayağa qalxa bilir. Lakin, bir çox hallarda robot insan tərəfindən uzaqdan idarə olunur.