Türkiyədə məktəbli liseyə silahla hücum etdi- Özünü öldürdü, 16 nəfəri yaraldı

Türkiyədə liseyə girən silahlı şəxs ətrafa atəş açıb.

NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb.

Onun sözlərinə görə, xəsarət alan 16 nəfərdən 10-u şagirddir, bir müəllimin vəziyyəti ağırdır.

Şanlıurfa valisi əlavə edib ki, hücumu törədən 2007-ci il təvəllüdlü şəxs daha əvvəl bu liseydə təhsil alıb.

Yaralananlardan birinin polis əməkdaşı olduğu qeyd edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.