Səudiyyə Ərəbistanı ABŞ-ı blokadanı ləğv etməyə çağırır-"İranla danışıqlara qayıdın!"

Səudiyyə Ərəbistanı Vaşinqtona Hörmüz boğazının blokadasını ləğv etmək və Tehranla danışıqları bərpa etmək üçün təzyiq göstərir.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti ərəb rəsmilərinə istinadən məlumat verir.

Ər-Riyad xəbərdarlıq edir ki, blokada qlobal gəmiçilik marşrutlarında daha geniş pozuntulara səbəb ola bilər. O cümlədən İran Səudiyyə neftinin ixracı üçün çox vacib olan Qırmızı dənizdəki Bab əl-Məndəb boğazına zərbə endirə bilər.

İran limanlarının blokadası bazar ertəsi günü həftəsonu diplomatik səylərinin uğursuzluğundan sonra qüvvəyə minib. Ağ Ev bildirib ki, Fars körfəzindəki müttəfiqləri ilə əlaqələrini davam etdirir və enerji təchizatının sərbəst keçidini təmin etməyə diqqət yetirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.