Azərbaycan estrada sənəti özünün gözəl səsləri ilə həmişə seçilib.
Azpost.info bildirir ki, müxtəlif mahnı müsabiqələrinin iştirakçıları arasından seçilən bu səslər sonralar səhnənin parlaq ulduzlarına çevrilə biliblər.
Bu baxımdan belə müsabiqələr həmişə diqqəti cəlb edir.
1990-cı ildə Bakıda keçirilmiş “Odlar Yurdu 90” mahnı müsabiqəsi də bir sıra gənc istedadları meydana çıxarıb.
36 il əvvəl baş tutmuş bu müsabiqənin video kadrları maraqla qarşılanıb. Bu görüntüləri həmin müsabiqənin diplomantı olmuş Elçin Əhmədov paylaşıb.
Elçin Əhmədov sonralara müğənnilik karyerasını davam etdirməyib. Televiziya sahəsində çalışıb.
“Odlar Yurdu 90” müsabiqəsinin görünütülərində bir sıra məşhur simaları görmək mümkündür. Burada korifey bəstəkarımız Tofiq Quliyevi juri üzvü kimi görürük.
Qaliblər sırasında gənc Azər Zeynalovu, Firəngiz Rəhimbəyovanı, Vaqif Gərayzadəni və digərlərini görmək mümkündür.
Müsabiqənin aparıcıları AZTV-nin diktorları –mərhum Akif Nərimanoğlu və Nərgiz Cəlilovadır.
SSRİ-nin son illərində keçirilmiş bu müsabiqənin qaliblərin bəziləri sənəti tərk etsə də bir çoxları müstəqil Azərbaycanın məşhur sənətçilərinə çevrildilər.





