“İran razılaşmasa elektrik stansiyalarını vurmağa başlayacağıq” –Tramp hədələdi

“İranın dünən Hörmüz boğazında atəş açması atəşkəs razılaşmasının tam pozulmasıdır“.

Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Prezident bildirib ki, İranın  Hörmüz boğazını bağlandığını elan etməsi qəribədir: “Biz blokadamızla  artıq onu bağlamışıq. Onlar özləri də fərqinə varmadan bizə kömək edirlər. Keçidi bağlamaqdan gündə 500 milyon dollar itirənlər məhz onlardır! ABŞ heç nə itirmir. Əslində, bir çox gəmi hazırda ABŞ-a, Texas, Luiziana və Alyaskaya yüklənmək üçün gedir, bu da həmişə “sərt adam” olmaq istəyən SEPAH-ın sayəsindədir”.

Tramp deyib ki, ABŞ  çox ədalətli və ağlabatan razılaşma təklif edir: “Ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əgər etməsələr, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü sıradan çıxaracaq. Artıq “Cənab yaxşı adam” yoxdur. Hər şey tez və asanlıqla baş verəcək. Əgər onlar razılaşmanı qəbul etməsələr, son 47 ildə digər prezidentlər tərəfindən İrana edilməli olanı etməkdən şərəf duyacağam.

İranın öldürmə maşınını dayandırmağın vaxtıdır”-deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bildirib ki, nümayəndələri Pakistanın İslamabad şəhərinə gedirlər. Onlar sabah axşam danışıqlar üçün orada olacaqlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.