Dünyanın ən böyük aysberqi olan A23a demək olar ki, tamamilə parçalanaraq ərazisinin təxminən 99%-ni itirib.
Azpost.info-nun məlumatına görə, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) məlumatında deyilir.
Alimlərin fikrincə, aysberqin sahəsi 2026-cı ilin yanvar ayında təxminən 1300 kvadrat kilometr olub, lakin hazırda 50 kvadrat kilometrdən az, yəni 26 dəfədən çox kiçik hala düşüb.
Mütəxəssislər qeyd edirlər ki, A23a sürətlə parçalanmağa davam edir. Son üç ay ərzində o, təxminən 1000 kilometr yol qət edib, Cənubi və Atlantik okeanları arasındakı sərhədi keçib və hazırda 49 dərəcə cənub en dairəsində yerləşir.
Aysberq 1986-cı ildə Filchner buz şelfindən ayrılıb. Yarandığı zaman onun sahəsi təxminən 4170 kvadrat kilometr- Sankt-Peterburqun ərazisindən təxminən iki dəfə böyük idi.
2025-ci ildə A23a dünyanın ən böyük aysberqi olaraq qalsa da, tədricən parçalanması səbəbindən sentyabr ayında bu statusunu itirib.