“İran həmişə ABŞ-la fikir ayrılıqlarının dinc yolla həllini dəstəkləyib” –PEZEŞKİAN

Məsud Pezeşkian
Məsud Pezeşkian

“İran həmişə danışıqları və ABŞ ilə fikir ayrılıqlarının dinc yolla həllini dəstəkləyib. Lakin buna Vaşinqtonun blokadası və təhdidləri mane olur”.

Azpost.info bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkyan X sosial media platformasında yazıb.

O, İranın dialoqa açıq olduğunu, lakin ABŞ-ın hərəkətlərinin danışıqlar prosesinə real maneələr yaratdığını bildirib.

“İran İslam Respublikası dialoqu və razılaşmanı alqışlayıb və bunu davam etdirir. Öhdəliklərin pozulması, blokada və təhdidlər əsl danışıqlara əsas maneələrdir”-deyə o vurğulayıb.

Daha əvvəl, 11 apreldə İran və ABŞ nümayəndələri İslamabadda danışıqlar aparıblar, lakin davamlı fikir ayrılıqları səbəbindən uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər.

21 apreldə ABŞ prezidenti İranla atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.