“Bakıda bazar məni heyrətə saldı…” –Məşhur müğənni Andrey Makareviç

Məşhur estrada müğənniləri Andrey Makareviç və Layma Vaykule dünən Bakıda konsert proqramı ilə çıxış ediblər. 

Azpost.info bildirir ki, tanınmış “Maşina vremeni” qrupunun rəhbəri Andrey Makareviç Bakı səfəri ilə bağlı paylaşım edib. O Bakını “nağıllar şəhəri” adlandırıb.

“Layma ilə Bakıda nəhəng sarayda çox gözəl çıxış etdik. Səmimi qarşılama üçün təşəkkür edirəm! Bakı nağıl şəhərinə çevrilir. Uzun müddətdir burada olmamışam və tamamilə heyrət içində idim. İlk etdiyim şey bazara getmək oldu. Bu mənim zəif yerimdir. Aman Allahım! Orada kiçik bir ev tikib bir daha heç yerə getməmək istəyirdim. Dörd gündən sonra Mayami, sonra isə ABŞ-a”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.