Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məktəb və bağça uşaqları risk altındadır – SƏBƏB

Orkhan Ali 24 Aprel 2026 - 14:23 (Last updated: 24 Aprel 2026 - 15:54)
Bağça

Bağça

Son günlər Azərbaycanda uşaqlar arasında bronxit və digər ciddi tənəffüs yolu infeksiyalarının artdığı müşahidə olunur və bu hallar bəzi uşaqlarda qısa müddətdə pnevmoniyaya çevrilə bilir.

AzPost xəbər verir ki, valideynlərin sözlərinə görə, əvvəlki virus infeksiyalarından fərqli olaraq, hazırkı dalğa daha çox 39-40 dərəcəyə çatan yüksək hərarət və uzunmüddətli quru öskürəklə özünü göstərir. Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, xəstəlik bəzən açıq simptomlar olmadan da inkişaf edə bilər.

Məsələ ilə bağlı pediatr Günay Rəsulova bildirir ki, uşağın temperaturu adi üsullarla düşmürsə, valideynlər xüsusilə diqqətli olmalıdır:

“Qızdırma 3 gün, xüsusilə 5 gündən artıq davam edərsə, bu artıq pnevmoniya ehtimalını artırır və belə hallarda uşağın mütləq həkim müayinəsindən keçməsi vacibdir. Dəqiq diaqnoz isə lazım gəldikdə rentgen müayinəsi ilə təsdiqlənir. Bağça və məktəbə gedən uşaqlar, allergiyası olanlar və peyvəndləri vaxtında olunmayanlar bu infeksiyalara daha həssasdır”.

Ağırlaşmaların qarşısını almaq üçün mütəxəssis mövsümi qrip peyvəndinin hər il vurulmasını tövsiyə edir. Vaxtında həkimə müraciət etmək isə uşağın tənəffüs sağlamlığını qorumaqda əsas rol oynayır.

AzPost.az

Post navigation

Previous: Tanınmış jurnalist yüksək vəzifəyə təyin edildi
Next: Onun yerini deyənə 10 milyon veriləcək

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.