Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Koronavirus insan hüceyrələrinə yeni üsulla daxil ola bilir

User 25 Aprel 2026 - 12:05 (Last updated: 25 Aprel 2026 - 11:26)
koronavirus

koronavirus

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, koronovirus infeksiyası yeni reseptorlardan istifadə etməklə insan hüceyrələrinə daxil ola bilir. Başqa sözlə, onlar hüceyrə “qıfılları” üçün əlavə bioloji “açarlar” seçə bilir. Xüsusilə də, viruslardan biri ağciyər toxumalarında mövcud olan “CEACAM6” zülalı ilə əlaqə qurmağa nail olub.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Söhbət Şərqi Afrikada aşkar edilmiş “CcCoV-KY43” yarasa koronavirusundan gedir. Alimlər müəyyən ediblər ki, virusun hüceyrələrə yapışmasına xidmət edən tikanvari zülalı elmə yeni məlum olan reseptorla qarşılıqlı əlaqəyə girə bilir. Bu isə o deməkdir ki, belə viruslar üçün potensial “hədəf” dairəsi əvvəl düşünüləndən xeyli genişdir.

Tədqiqatçılar canlı viruslarla təcrübələr aparmaq əvəzinə genetik məlumat bazalarından istifadə edib və onların hansı reseptorları tanıya bildiyini yoxlamaq üçün 27 müxtəlif alfakoronavirusun tikanvari zülallarını sintez ediblər.

Tədqiqatın həmmüəllifi Stiven Qrem qeyd edib ki, virusun tikanları “açar və qıfıl” prinsipi ilə işləyir, yəni, infeksiyanın başlaması üçün onlar hüceyrə səthindəki reseptorla dəqiq uyğunlaşmalıdır. İndiyədək hesab olunurdu ki, alfakoronaviruslar yalnız məhdud sayda belə “qıfıllardan” istifadə edir. Lakin yeni araşdırma göstərib ki, onlar alternativ daxil olma yolları da tapa bilir.

“Bu kəşf virusların zoonoz potensialı, yəni heyvanlardan insana keçmək qabiliyyəti barədə təsəvvürləri dəyişir. Virus nə qədər çox reseptordan istifadə edə bilirsə, onun yeni sahibə uyğunlaşmaq ehtimalı da bir o qədər yüksək olur”, – deyə alimlər bildiriblər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, hazırda “CcCoV-KY43” virusunun artıq insanlar arasında yayıldığını təsdiqləyən sübut yoxdur. Bununla belə, yoluxmanın yeni mexanizminin aşkarlanması heyvanlarda virusların daha diqqətlə monitorinq edilməsinin vacibliyini göstərir.

AzPost.az

Post navigation

Previous: Kimlər sosial mənzil almaq üçün yenidən müraciət edə bilər?
Next: Kartla pul köçürənlərin nəzərinə

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.