Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb –BMT

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücumun baş verdiyini açıqlayıb.

Bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, hücumlar nəticəsində azı 10 nəfər həlak olub, təxminən 20 min dənizçi və 1600 gəmi isə regionda blokadada qalıb.

BDT-nin Baş katibi Arsenio Dominqes vəziyyətin təhlükəli olaraq qaldığını bildirərək, saxlanılan dənizçilərin azad edilməsinə çağırıb və təxliyə planı üzərində iş aparıldığını qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.