Britaniyada ərzaq və yanacaqla bağlı ehtiyat tədbirləri görülür

A man carrying a bag adorned with a British Union Jack flag steps into a bus departing from Sofia’s central bus station to London via Austria, Germany and France January 2, 2014. The European Union sought to calm fears in countries like Britain, France and Germany that they face a mass influx of Romanians and Bulgarians following the lifting of restrictions on Wednesday, a change that risks fuelling anti-immigrant sentiment in Europe. From January 1, seven years after their countries joined the EU, Bulgarians and Romanians are free to live and work anywhere in the 28-nation bloc without applying for work permits. REUTERS/Stoyan Nenov (BULGARIA – Tags: SOCIETY POLITICS BUSINESS EMPLOYMENT TRANSPORT IMMIGRATION) – GM1EA1218JO01

Böyük Britaniya hökuməti İranla bağlı münaqişənin yaratdığı mümkün ərzaq və yanacaq qıtlığı risklərinə qarşı hazırlıq tədbirlərini gücləndirdiyini açıqlayıb.

BBC xəbər verir ki, Baş nazir Kir Starmer aprelin 28-də ehtimal olunan çatışmazlıqlarla bağlı yaradılmış komitənin növbəti iclasına sədrlik edəcək. Bununla yanaşı, nazirlərdən ibarət qrup ehtiyat səviyyələrini və təchizat zəncirində mümkün pozuntuları izləmək üçün həftədə iki dəfə toplanır.

Münaqişənin başlanmasından sonra Hörmüz boğazının bağlanması neftin qiymətinin kəskin artmasına səbəb olub. Bildirilir ki, ayın əvvəlində hökumət rəsmiləri müharibənin davam edəcəyi təqdirdə yayda, xüsusilə, toyuq və donuz əti daxil olmaqla, ərzaq qıtlığı ilə bağlı ən pis ssenarini də nəzərdən keçiriblər.

Hökumət, eyni zamanda, ictimaiyyəti sakitləşdirməyə çalışaraq sürücüləri adi qaydada yanacaq doldurmağa və səyahət planlarını dəyişməməyə çağırıb. Bu çağırış mümkün aviasiya yanacağı çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.