“İran neft kəmərləri 3 günə partlaya bilər” –Trampdan xəbərdarlıq

“Əgər İrana qarşı Amerikanın dəniz blokadası davam edərsə, İran neft boru kəmərləri təxminən üç gün ərzində partlaya bilər“.

Azpost.info bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib.

Amerika lideri vurğulayıb ki, İranın neft boru kəmərləri böyük həcmdə neft daşıyır: “Əgər hər hansı bir səbəbdən həmin xətt anbarlara və ya gəmilərə yükləyə bilmədikləri üçün bağlanarsa onda həmin xətt özünü içəridən partladacaq” – deyə o, Fox News-a verdiyi müsahibədə bildirib. Tramp qeyd edib ki, İranın bunun baş verməsi üçün təxminən üç günü var.

Amerika prezidentinin sözlərinə görə, belə bir ssenari baş verərsə, İran neft hasilatı gücünün yarısını itirə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.