“İran düşündüyümüzdən daha güclü çıxdı” –Almaniya kansleri

Mertz
Mertz

“İran düşündüyümüzdən daha güclü çıxdı“.

Azpost.info bildirir ki, bu sözləri Almaniya kansleri Mertz deyib.

Kansler İrana qarşı hərbi əməliyyatı tənqid edib: “Bütün bunlar (İrana qarşı müharibə), yumşaq desək, düşünülməmiş bir şeydir”-deyə Merz vurğulayıb.

“İranlılar danışıqlar aparmaqda çox bacarıqlıdırlar. Eyni zamanda danışıq aparmamaqda da çox bacarıqlıdırlar. Bütün ölkə (ABŞ) alçaldılıb. İranlılar əvvəllər düşünüləndən daha güclüdürlər. Görünür, amerikalıların inandırıcı danışıqlar strategiyası yoxdur”, – deyə o qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.