Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
Azərbaycan nümayəndə heyətini aparan təyyarə Yerevan hava limanına eniş edib.
“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib. Əlavə məlumat veriləcək”-deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.