“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri mühüm və tarixi hadisədir“.
Azpost.info bildirir ki, bu sözləri Baş nazir Nikol Paşinyan 30 apreldə jurnalistlərlə söhbətində deyib.
O, baş nazir müavinləri arasında qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşdırılması baxımından tarixi adlandırıb.
Paşinyan ölkələr arasında təbii münasibətlərin, uzunmüddətli perspektivdə isə mehriban qonşuluq münasibətlərinin qurulmalı olduğunu vurğulayıb. Nikol Paşinyan Yerevanın Respublika Meydanında təşkil edilən rəqsin Azərbaycan Baş nazirinin müavininin səfəri ilə heç bir əlaqəsi olmadığına əminlik verib. “Azərbaycan Baş nazirinin müavininin səfərinə görə Ermənistanda həyatı dayandırmalıyıqmı? Xeyr. Biz istənilən xarici qonağı mümkün qədər səmimi qarşılamalıyıq”, – deyə o, yekunlaşdırıb.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin səfərini gizli saxlanması barədə iddialar tamamilə yersiz adlandırıb. Onun sözlərinə görə, məxfilik standartlarına əməl olunursa, bu, təhlükəsizlik səbəbi ilə də edilir. O əlavə edib ki, Ermənistan Baş nazirinin müavini Azərbaycana səfər edib və orada da eyni standartlara əməl olunub. “Mediaya sızmalar heç vaxt istisna edilə bilməz. Azərbaycan tərəfindən sızma olmayıb, Ermənistana gəldikdə isə, olub”, – deyə Paşinyan qeyd edib.