“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub

Misli Premyer Liqasında 2025-2026 mövsümünün çempionu bəlli olub.

Apasport.az xəbər verir ki, “Sabah” mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Klub “Neftçi”nin “Qarabağ”ı məğlub etməsiylə tarixində ilk çempionluğunu yaşayıb.

Belə ki, 29 oyundan sonra 59 xalla ikinci sırada yer alan “Qarabağ”ın 72 xalla lider olan “Sabah”a çatmayacağı dəqiqləşib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.