“Həmişə çempion olası deyilik ki…” –Qurban Qurabnov

“Neftçi”ni təbrik edirəm. Bu gün onlar çox istəkli idilər.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, rəqib müdafiədə yaxşı oynayıb: “Amma öz oyunçularımdan da razı qaldım. Məğlub durumda olanda belə, rəqibin üzərinə gedirdilər. Tribunalarda da əla atmosfer var idi. Son böyük hesablı qələbə oyunçularda arxayınçılıq yarada bilər. Çalışdıq ki, onlar bunu unutsunlar”.

Mütəxəssis çempion olmamalarını bir neçə səbəblə əlaqələndirib: “Məsələn, çempionata yaxşı hazırlaşmadıq. Əvvəlcədən liqanın gücünü bilmədik. Çempionlar Liqası da bizi çox yordu. Futbolçulara da başqa təkliflər oldu. Bu da motivasiyaya təsir etdi. “Sabah” da çox hazırlıqlı komandadır. Heç bir oyunda boşluq vermədilər. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilər çempionatda bu hallar baş verir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.