Tramp İrana yenidən zərbə endirəcəyinə şübhə ilə yanaşıb

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İrana yenidən zərbə endirəcəyinə şübhə ilə yanaşıb.

Azpost.info bildirir ki, o, jurnalistlərin suallarını cavablandırarkən mövqeyini açıqlayıb.

Ağ Ev rəhbərindən mövcud atəşkəsi pozmaq niyyətində olub-olmadığı soruşulub. Tramp cavab olaraq bildirib ki, Amerikanın buna ehtiyacı olub-olmadığını özü bilmir, lakin gələcəkdə belə bir ehtiyac yarana bilər. Amerika liderinin sözlərinə görə, İran hakimiyyəti hazırda “yeni bir razılaşma bağlamağa çox can atır”.

Bu arada, ABŞ prezidentinin Tehrana qarşı ritorikası sərt olaraq qalır. Donald Tramp yenidən İran liderlərini ondan mərhəmət diləməyə çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.