Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qazın Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür” –

User 02 May 2026 - 17:15 (Last updated: 02 May 2026 - 17:00)
emirbeyov

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın Formiche.net portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ən əsası bu, yeni ideya deyil: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər edərkən Aİ və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədin məqsədi Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixracının ikiqat artırılaraq, ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasıdır”.

E.Əmirbəyov bildirib ki, bu proses artıq başlayıb: “Biz həmin hədəfə doğru irəliləyirik. TAP-ın genişləndirilməsi istiqamətində birinci mərhələsi 2026-cı ilin yanvarında istismara verilib və bu, Avropaya illik 1,2 milyard kubmetr əlavə ötürmə gücü qazandırıb. Bu əlavə həcmin 1 milyard kubmetri İtaliyaya yönləndirilir. Bu, dəhlizin statik olmadığını, əksinə, Avropanın enerji ehtiyaclarına cavab olaraq davamlı inkişaf etdiyini göstərir”.

Xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib ki, eyni zamanda, daha çox iş görmək üçün aydın potensial mövcuddur: “Azərbaycan Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin infrastrukturunun daha da genişləndirilməsi tələb olunur. Bu isə hasilatın və qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yeni investisiyaların cəlb edilməsini zəruri edir. Hazırkı geosiyasi qeyri-müəyyənlik şəraitində bu ötürmə gücünün genişləndirilməsi getdikcə daha çox Avropanın strateji maraqlarına cavab verir. Burada maliyyələşmə həlledici əhəmiyyət daşıyır. Avropa enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində səylərini davam etdirərkən, müvafiq Avropa İttifaqı institutları zəruri investisiyalar üçün maliyyə şəraitinin yaradılmasına mühüm töhfə verə bilər”. (Report)

AzPost.az

Post navigation

Previous: Hörmüza görə, lüks avtomobillər üçün ehtiyat tükənir
Next: ABŞ-ın blokadası ilə İran 5 milyard dollar itirib

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.