ABŞ-ın blokadası ilə İran 5 milyard dollar itirib

ABŞ-nin Oman körfəzindəki blokadası səbəbindən İran təxminən 5 milyard dollarlıq neft gəlirindən məhrum olub.

“Axios”un məlumatına görə, bu barədə Müharibə Departamentinin hesablamalarında qeyd olunub. Bildirilir ki, bu İran hökumətinə görünməmiş təzyiq yaradıb.

Aprelin 13-də blokada başlayandan ABŞ ordusu neft və digər qaçaqmalçılıq daşıyaraq blokadadan keçməyə çalışan 40-dan çox gəmini geri qaytarıb. Məlumata əsasən, ümumilikdə, 53 milyon barel İran nefti ilə yüklənmiş 31 tanker körfəzdə ilişib qalıb və onların dəyəri ən azı 4,8 milyard dollardır. ABŞ tərəfindən iki gəmi ələ keçirilib. (Azərtac)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.