Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

İran ABŞ blokadasına görə neft hasilatını azaldır

User 03 May 2026 - 16:00 (Last updated: 03 May 2026 - 11:36)
neft iran bazar02

Tehran ABŞ Silahlı Qüvvələrinin İran limanlarını davamlı blokadaya alması səbəbindən anbar çatışmazlığına görə hasil olunan neftin həcmini azaltmaq zərurəti ilə üzləşir.

Bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

“ABŞ-nin Hörmüz boğazındakı blokadası İranın neft ticarətinə təzyiq göstərdiyi bir vaxtda, son həftələrdə ölkənin ixracı azalıb, anbarlar isə sürətlə dolur. İran hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, ölkə hasilatın azaldılmasına başlayıb”, – məlumatda qeyd olunub.

Agentliyin məlumatına görə, İslam Respublikasının hakimiyyət orqanları bu qərarı anbarların həcminin tükənməsinə yol verməmək məqsədilə qəbul ediblər.

Həmçinin qeyd olunub ki, İran mühəndisləri sanksiyaların uzunmüddətli təsirindən və istehsaldakı dəfələrlə yaranan fasilələrdən sonra neft quyularını uzunmüddətli zərər vurmadan necə konservasiya etməyi bilirlər və onları yenidən sürətlə istismara verə biləcəklər. Məmurlardan biri qeyd edib ki, quyuların 30 %-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

İran hakimiyyətinin nümayəndələri etiraf ediblər ki, bu tədbirlər sənayenin fəaliyyətini qoruyub saxlamağa yalnız müvəqqəti kömək edə bilər.

“Bloomberg” ekspertlərə istinadən yazıb ki, indiki neft hasilatı səviyyəsi saxlanılacağı təqdirdə, İranın bu xammalı saxlamaq imkanlarının tükənməsinə qədər təxminən bir ay vaxtı var.

AzPost.az

Post navigation

Previous: Dubayda yaşayış icazəsi almaq asanlaşdı –
Next: Həyət evlərinin qarşısındakı boş sahələr kimə məxsusdur?

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.