Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərbaycan Əlillər Cəmiyyəti” yeni layihənin icrasına başlayır

User 04 May 2026 - 10:00 (Last updated: 04 May 2026 - 10:53)
eliller

“Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyi yeni layihənin icrasına başlayır. “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə rəhbəri Xədicə Mikayılovanın (saytın adı) verdiyi məlumata görə, layihə 3 ay müddətində — 01.05.2026–31.07.2026 tarixlərini əhatə etməklə həssas qruplarla iş istiqamətində icra olunacaq.

“Azərbaycan Əlillər Cəmiyyəti” ictimai birliyinin sədri xüsusi vurğulayıb ki, təşkilat həssas qruplarla fəaliyyətini ilboyu davam etdirir.

Layihənin əsas məqsədi əlilliyi olan vətəndaşların istedadlarının üzə çıxarılması, onlara ictimai diqqətin artırılması, fərd olaraq cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, eləcə də dövlətin bu sahədə həyata keçirdiyi sosial siyasətin təbliğidir.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin sosial problemlərinin həlli, psixoloji durumlarının yaxşılaşdırılması və hüquqları barədə maarifləndirilməsi istiqamətində kursların, seminarların və müxtəlif tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr onların cəmiyyətə daha fəal şəkildə inteqrasiya olunmasına xidmət edir.

Məhz buna görə də təşkilat fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə qaynayıb-qarışmasına, onların ictimai fəallığının artırılmasına və müxtəlif ictimai işlərə cəlb olunmasına dəstək məqsədilə bu layihənin icrasına qərar verib.

Layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək.

AzPost.az

Post navigation

Previous: “Soyqırım və deportasiya qurbanlarına dəstək” adlı layihə fəaliyyətə başlayıb
Next: Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvandakı sammitində çıxış edəcək

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. Görüş beş saat davam edib...
Read more about Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.