Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İnsan alveri ilə bağlı cinayətin sayı açıqlandı –

User 08 May 2026 - 09:37 (Last updated: 08 May 2026 - 09:40)
insan alveri

Keçən il müəyyən edilən insan alveri cinayətlərin sayı açıqlanıb.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.

Qeyd edilib ki, keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 cinayət müəyyən edilib. Bu, 2024-cü illə müqayisədə 8 cinayət azdır. 2025-ci ildə həmin cinayətlərdən 57-i informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

O cümlədən 2025-ci ildə 152 insan alveri cinayəti müəyyən edilib ki, bu da 2024-cü illə müqayisədə 9 cinayət azdır. Keçən il də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən olunub ki, bu da 2024-cü illə müqayisədə 1 cinayət çoxdur.

İnsan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb. Bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb. 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Bildirilib ki, onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.

 

İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum olub.

Milli Koordinatorun illik məlumat”ında qeyd edilib ki, keçən il məhkəmələr tərəfindən 2-i keçmiş illərdən olmaqla 4-ü kişi, 10-u qadın olmaqla, 14 insan alverçisi (onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onlardan 3-ü şərti azadlıqdan məhrum olunub.

İnsan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 (sabit) insan alverçisi tutulub./APA/

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Azyaşlıları işlədən sahibkarlar cərimələnib

Oxşar xəbərlər

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.