Tramp İranı zərbələri bərpa etməklə hədələdi –"Tez razılığa gəlin!"

ABŞ prezidenti Donald Tramp İranı tez bir zamanda razılaşmağa çağırıb.

Azpost.info bildirir ki, Tramp əgər Tehranın razılaşmasa, İran ərazisinə zərbələri bərpa etməklə hədələyib.

“Əgər onlar razılaşmaya tez bir zamanda razılaşmasalar, biz onlara bu gün etdiyimizdən daha sərt zərbələr endirəcəyik”- deyə Tramp TruthSocial sosial media platformasında yazıb:

ABŞ prezidenti deyib ki, İranı lunatiklər (yuxuda gəzənlər) idarə edir. Onların nüvə silahlarına əli çatsa çox güman ki, onlardan istifadə edəcəklər.

Eyni paylaşımda Tramp İranın cümə gecəsi Hörmüz boğazından yola düşən üç ABŞ esminesi atəşə tutduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, esmineslərə zərər dəyməyib və ABŞ ordusu effektiv əks-hücumlar edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.