Birlşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan atılan raket və dronların ələ keçirilməsi barədə məlumat verib.
Azpost.info bildirir ki, bu barədə X platformasında açqlama verilib.
“Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan raket və dronların hücumlarını dəf edir”, – deyə müdafiə nazirliyi X-də dərc olunmuş açıqlamada bildirib.
Nazirlik həmçinin ölkənin müxtəlif yerlərində sakinlərin eşitdiyi partlayışların hava hücumundan müdafiə sistemlərinin nəticəsi olduğunu təsdiqləyib.
Cümə axşamı axşamı ABŞ və İran arasında zərbələr mübadiləsindən sonra Fars körfəzində yeni eskalasiya dalğası baş verib. İran dövlət radiosunun məlumatına görə, hücum ABŞ ordusunun İran tankerinə hücumu ilə baş verib. Tasnim xəbər agentliyinin məlumatına görə, buna cavab olaraq İran Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesi raket və kamikaze dronları ilə hücum edib. Öz növbəsində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) idarə olunan raket esmineslərinə edilən hücumu təsdiqləyib və İrandakı hərbi obyektlərə qarşı cavab zərbələri endiriləcəyini elan edib. ABŞ prezidenti Donald Tramp tərəflər arasında atəşkəsin qüvvədə qalacağına əminlik verib.