Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qadın və uşaqların təhlükəsizliyi üçün yeni regional layihə başladı

User 08 May 2026 - 13:45 (Last updated: 08 May 2026 - 20:33)
qht tem

“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi insan alveri və məişət zorakılığının qarşısının alınması, risk qrupunda olan qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, eləcə də gənclərin və məktəb icmalarının kibertəhdidlər, rəqəmsal təhlükələr və onlayn zorakılıq formaları barədə məlumatlılığının artırılmasıdır.

Layihə rəhbəri Südabə Məmmədovanın sözlərinə görə, layihə iki əsas istiqamət üzrə həyata keçiriləcək. Birinci istiqamət regionda fəaliyyət göstərən Yardım Mərkəzi – sığınacağın davamlı fəaliyyətinin təmin edilməsini əhatə edir. Bu çərçivədə zorakılığa məruz qalmış və ya risk altında olan qadın və uşaqlara təhlükəsiz mühit, psixososial dəstək və sosial xidmətlər göstəriləcək.

İkinci istiqamət isə Qərb bölgəsində yerləşən 4 məktəb icmasında “Kiber məkanın təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirici seminarların təşkili ilə bağlıdır. Seminarlar zamanı iştirakçılara rəqəmsal təhlükələr, onlayn zorakılıq, şəxsi məlumatların qorunması və təhlükəsiz internet istifadəsi barədə praktiki biliklər veriləcək.

Tədbirlərə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və ərazi üzrə polis idarələrinin nümayəndələri dəvət olunacaq.

Layihə 4 ay müddətində həyata keçiriləcək.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Gənc oğlan Etibar Məmmədovun evini qarət etdi

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən...
Read more about Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.