Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Səhiyyə Nazirliyi son günlər yayılan virusların adını açıqlayıb

User 12 May 2026 - 12:25 (Last updated: 12 May 2026 - 12:25)
virus test

“Son zamanlar əhali arasında müşahidə olunan halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomlar çox vaxt kəskin qastroenterit və ya xalq arasında “mədə-bağırsaq qripi” kimi tanınan virus mənşəli infeksiyaların əlamətidir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-ya açıqlamasında bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır:

“Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa, mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər.

İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur”.

Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir

“Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin bərpası), lakin dayanmadan davam edən şiddətli qusma,yüksək hərarət (38.5°C və yuxarı),nəcisdə qan və ya şiddətli qarın ağrısı, ciddi susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması, başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır”.

AzPost.az

Post navigation

Previous: “Avropa Ermənistana heç bir təhlükəsizlik təminatı vermir” –
Next: Şeyxülislam Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

Oxşar xəbərlər

pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
aqac esas
  • Sosial

Güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

User 16 Noyabr 2026 - 10:05

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.