Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq

Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında “Bakı Star” şirkətinin direktoru və İran Hava Yollarının Bakı istiqamətində rəsmi nümayəndəsi Məhəmməd Mir Rzayi deyib.

Onun sözlərinə görə, gələn həftədən etibarən Tehran-Bakı aviareyslərinin sayı həftədə iki dəfə olacaq, reyslər bazar ertəsi və cümə günləri Tehran-Bakı istiqamətində yerinə yetiriləcək.

Şirkət rəhbəri hazırda həftədə 6 reysədək artırma potensialının mövcud olduğunu da diqqətə çatdırıb və əlavə edib ki, bu məsələ gələcəkdə şəraitə uyğun olaraq dəyərləndiriləcək.

Məhəmməd Mir Rzayi, həmçinin Bakı-Məşhəd reyslərinin də başlanacağını bildirib. O qeyd edib ki, planlaşdırmaya əsasən, bu uçuş Bakıdan Məşhədə həyata keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.