Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA-da deputat və ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edilib

User 12 May 2026 - 18:09 (Last updated: 12 May 2026 - 18:09)
media ted

12 may tarixində Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. Qeyd olunub ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizin həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.

Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Vurğulanıb ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.

Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.

 

AzPost.az

Post navigation

Previous: Ukrayna prokurorluğu Zelenskinin Ofisinin sabiq rəhbərinin həbsini istəyir
Next: İçərişəhərin qala divarlarında qədim qəbir daşları tapıldı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.