“İrana qarşı hərbi əməliyyat davam edəcək” –Tramp anons verdi

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam edəcəyini bildirib.

Azpost.info bildirir ki, Amerika liderinin sosial media platforması Truth Social-da dərc olunmuş açıqlamasına görə, ABŞ Tramp administrasiyasının 16 təsirli ayı ərzində dünyaya “inanılmaz impuls” nümayiş etdirib.

O, administrasiyasının nailiyyətləri arasında Venesuelada hərbi qələbə və çiçəklənən münasibətlər, eləcə də “İranın hərbi məhvi”ni qeyd edib. “Davamı var!” deyə o, İranla bağlı bildirib.

“Prezident Si Cinpin məni qısa müddət ərzində belə əhəmiyyətli uğurlar münasibətilə təbrik etdi”, – deyə Tramp bildirib.

O, iki il əvvəl, prezident Co Baydenin rəhbərliyi altında ABŞ-ın “tənəzzülə uğrayan bir ölkə” olduğunu vurğulayıb.

“Bu məsələdə mən Prezident Si Cinpinlə tamamilə razıyam! Amma indi ABŞ dünyanın ən cəlbedici ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü və daha yaxşı olacaq”, – deyə Tramp yekunlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.