Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

“Azərbaycanın bir çox qədim şəhəri memarlığı ilə fəxr edə bilər” –

User 18 May 2026 - 13:05 (Last updated: 18 May 2026 - 13:59)
İlham Əliyev

İlham Əliyev

Təkcə Bakı yox, Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Şəhərsalma təkcə Bakı üçün deyil, Azərbaycanın bir çox şəhərləri üçün də bizim gündəlik məşğul olduğumuz əsas istiqamətlərdən biridir. Bu il mənim sərəncamımla “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu tədbirin təşkilinə göstərdiyi dəstəyə, əməkdaşlığa və WUF13-ə ev sahibliyi kimi çox məsuliyyətli vəzifəni bizə etibar etdiyinə görə UN-Habitat təşkilatına təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz UN-Habitat ilə birlikdə Azərbaycanda Ağdam, Zəngilan və Xankəndidə üç milli şəhərsalma forumu keçirmişik. Bu şəhərlər uzun illər işğal altında qalmış ərazilər idi. Bu gün qlobal toplantıya ev sahibliyi etməklə biz bir daha şəhərsalmaya, şəhər inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və əhalimizin özünü rahat hiss etməsi üçün bütün zəruri imkanların yaradılmasına sadiqliyimizi nümayiş etdiririk. Təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə fəxr edə bilər. Mən onlardan yalnız bir neçəsinin adını çəkəcəyəm.

Bir zamanlar Şirvanşahlar dövlətinin paytaxtı olmuş, XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin vətəni olan Şamaxı şəhərində dünyanın ən qədim məscidlərindən biri yerləşir. Bu məscid 743-cü ildə inşa edilib.

Bir zamanlar Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan isə böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin vətənidir”, – dövlət başçısı qeyd edib.

AzPost.az

Post navigation

Previous: Qadın məhkəmə zalında uşaq dünyaya gətirdi
Next: Qazaxda gənclər arasında bilik yarışı təşkil olunub

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Azpost.info “Kriminal qiraət” layihəsində 1980-ci illərdə Azərbaycanında baş vermiş cinayət işi üzrə hazırlanan yazını təqdim edir.   1980-ci...
Read more about Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.