Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qazaxda gənclər arasında bilik yarışı təşkil olunub

User 18 May 2026 - 13:15 (Last updated: 18 May 2026 - 14:40)
qht01

16.05.2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə bilik yarışı təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yarışda ümumilikdə 6 komanda — “Nicat Nəsibli”, “Qarabağ”, “Polad Həşimov”, “Azər Yusifli”, “Xudayar Yusifzadə” və “Şuşa” komandaları olmaqla 38 gənc iştirak edib. İştirakçılar bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətənə bağlılığını və milli dəyərlərə hörmətini gücləndirməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində veteran və qazilərlə görüşlər, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev çıxış edərək Azərbaycan Ordusunun gücündən və milli birliyin əhəmiyyətindən danışıb. O, gəncləri vətənə sədaqət və dövlətçilik dəyərlərinə sadiq olmağa çağırıb, şəhidlərin qəhrəmanlıq nümunəsinin hər zaman örnək olduğunu vurğulayıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşib:
* I yer — “Azər Yusifli” komandası
* II yer — “Xudayar Yusifzadə” komandası
* III yer — “Nicat Nəsibli” komandası

Qalib komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Fotolar

AzPost.az

Post navigation

Previous: “Azərbaycanın bir çox qədim şəhəri memarlığı ilə fəxr edə bilər” –
Next: Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib –

Oxşar xəbərlər

soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09

xƏBƏR

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Azpost.info “Kriminal qiraət” layihəsində 1980-ci illərdə Azərbaycanında baş vermiş cinayət işi üzrə hazırlanan yazını təqdim edir.   1980-ci...
Read more about Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.