Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib –

User 18 May 2026 - 13:23 (Last updated: 18 May 2026 - 13:33)
6a0ada27432fe6a0ada27432ff17790961036a0ada27432fc6a0ada27432fd

Biz Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Bakıya gəldikdə bir neçə məqamı da qeyd etmək istərdim. Biz burada genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq. Bakı dünyada ilk dəfə neftin hasil edildiyi şəhərdir. Bu, 1846-cı ildə baş verib. Lakin ötən 180 il ərzində demək olar ki, ətraf mühitin qorunmasına heç bir diqqət yetirilməyib. Nəticədə Bakı ciddi şəkildə çirklənmişdi. Əgər mən Bakının “Qara şəhər”, Bibiheybət və digər sənaye zonaları kimi ərazilərinin adını çəksəm, bu, xarici qonaqlar üçün çox şey ifadə etməyə bilər. Amma əgər bu məkanlara baş çəkmək və onların 20 il əvvəl necə göründüyünü əks etdirən video və ya fotolara baxmaq imkanınız olsa, bu gün Bakıda ekoloji cəhətdən təmiz mühitin yaradılması üçün hansı işlərin görüldüyünü aydın şəkildə görə bilərsiniz. Vaxtilə ciddi şəkildə çirkləndiyi üçün “Qara şəhər” adlandırılan ərazidə bu gün şəhərsalmanın nümunəsi olan “Ağ şəhər” salınıb. Bu, şəhər daxilində ayrıca bir şəhərdir.

Şəhərsalmanın digər nümunələrindən biri isə kurort şəhəri olan Sea Breeze Resortdur. Mən xüsusilə soyuq suda üzməyi sevən qonaqlara oranı ziyarət etməyi tövsiyə edirəm. Bu zalda belə insanlardan bəzilərinin olduğunu bilirəm. Oraya gedərək müasir şəhərsalmanın daha bir nümunəsini görə bilərsiniz. Son 20 il ərzində Bakıda 100 park, bağ və istirahət məkanı salmışıq, 19 park isə tamamilə yenidən qurulub. Ekoloji cəhətdən təmiz şəhərlər, ictimai nəqliyyata sürətli çıxış imkanları, mikromobillik infrastrukturu, metro sistemi və elektrik enerjisi ilə çalışan müasir avtobuslar — bütün bunlar paytaxt üçün vahid konsepsiya çərçivəsində həyata keçirilir. Bu yalnız paytaxtla məhdudlaşmır. Qeyd etdiyim kimi, Azərbaycanın bir çox bölgələrində şəhərsalma sürətlə inkişaf edir”, – dövlət başçısı qeyd edib.

AzPost.az

Post navigation

Previous: Qazaxda gənclər arasında bilik yarışı təşkil olunub
Next: Qusarda Azərbaycanın mədəni irsi gənclər arasında təbliğ olunur

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Azpost.info “Kriminal qiraət” layihəsində 1980-ci illərdə Azərbaycanında baş vermiş cinayət işi üzrə hazırlanan yazını təqdim edir.   1980-ci...
Read more about Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.