Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Avropada ən çox məhbus hansı ölkələrdədir? –

User 20 May 2026 - 09:19 (Last updated: 20 May 2026 - 09:19)
hebsxana

Avropa Şurasına üzv dövlətlər arasında həbsxanalarda həddindən artıq doluluq səviyyəsi Fransa və Türkiyədə ən yüksəkdir.

Azpost.info bildirir ki, AFP agentliyinin məlumatına görə, bu ölkələrdə xüsusi olaraq hazırlanmış hesabatda hər 100 həbsxana yerinə 131 məhbusun düşdüyü müəyyən edilib.

Lozanna Universiteti tərəfindən Avropa Şurası  üçün toplanan məlumatlar 2025-ci ilin əvvəlindən bəri olan dövrü əhatə edir.

Lakin Fransa hakimiyyəti tərəfindən təqdim edilən daha son məlumatlar daha da yüksək doluluğu göstərir: 2026-cı ilin aprel ayında bu rəqəm 139,1%-ə çatıb.

Məlumat təqdim edən 51 həbsxana administrasiyasından (bəzi ölkələr, o cümlədən İspaniya, Böyük Britaniya və Bosniya regional əsasda hesabat verir) 14 ölkədə həddindən artıq məhbus doluluğu var.

Fransa və Türkiyədən sonra ən çox məhbus olan ölkələr bunlardır:

Xorvatiya — 100 yerə 123 məhbus

İtaliya — 121

Malta — 118

Kipr — 117

Macarıstan — 115

Belçika — 114

İrlandiya — 112

Həbsxana yükünün daha aşağı olduğu ölkələr bunlardır:

Ukrayna — 100 yerə 50 məhbus

İspaniya — 77

Almaniya — 80

Əhalinin hər 100.000 nəfərinə düşən ən yüksək məhbus sayı bunlardır:

Türkiyə — 458

Azərbaycan — 271

Moldova — 245

Avropa Birliyi ölkələri arasında bu siyahıda aşağıdakılar diqqət çəkir:

Macarıstan — 206

Polşa — 189

Çexiya — 178

Ümumilikdə, 31 yanvar 2025-ci il tarixinə olan məlumata görə, həbsxanalarda 1,1 milyondan bir qədər çox məhbus olub. Bu, tədqiqatın əhatə etdiyi ölkələrdə bu, əvvəlki ilə nisbətən 8,5% artım deməkdir.

Məhbuslar arasında qadınların nisbəti də artaraq 2024-cü ilin yanvar ayı ilə 2025-ci ilin yanvar ayı arasında 4,8%-dən 5,2%-ə çatıb.

AzPost.az

Post navigation

Previous: Putin və Çin sədri arasında görüş başlayıb
Next: ABŞ-ın məxfi delfin ordusu: “Gizli silah” –

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.