Hörmüz boğazının bağlanması qlobal böhran riski yaradır –Bloomberg

Hörmüz boğazının avqust ayına qədər bağlanması miqyasına görə 2008-ci il böhranı ilə müqayisə edilə biləcək iqtisadi tənəzzül riskini artıra bilər.

Azpost.info bildirir ki, bu barədə Bloomberg mənbələrə istinadən xəbər verir.

“Hörmüz boğazının avqust ayına qədər bağlanması miqyasına görə 2008-ci ilin Böyük Tənəzzülü ilə müqayisə edilə bilən iqtisadi tənəzzül riskini artırır”-deyə məlumatda vurğulanr.

Hesabatda aydınlaşdırılıb ki, ən çox ehtimal olunan ssenari boğazın iyul ayında yenidən açılmasını nəzərdə tutur. Bu halda, qlobal neft tələbatı gündə orta hesabla 2,6 milyon barel azalacaq. Bu zaman Brent markalı xam neftin qiyməti bu yay bazarda təxminən 130 dollara qədər yüksələ bilər.

Agentlik əlavə edib ki, boğaz iyul ayından sonra bağlı qalarsa, təklif çatışmazlığını kompensasiya etmək üçün tələbatın daha kəskin şəkildə azaldılması tələb olunacaq. Bağlanma avqust ayına qədər davam edərsə, üçüncü rübdə neft çatışmazlığı gündə təxminən 6 milyon barelə qədər arta bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.