ABŞ və İran arasında fikir ayrılıqları azalıb-Reuters

Tehran və Vaşinqton hələ razılığa gələ bilməyiblər, lakin iki tərəf arasında fikir ayrılıqları azalıb.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat verib.

“Hələ ki, ABŞ ilə razılaşma yoxdur, lakin fikir ayrılıqları azalıb”-deyə məlumatda vurğulanır.

Mənbəyə görə, uranın zənginləşdirilməsi və Tehranın Hörmüz boğazı üzərində nəzarəti mübahisəli məsələlər olaraq qalır.

Elə həmin gün Reuters agentliyi İranın Ali Lideri Müctəba Xameneinin ölkədən zənginləşdirilmiş uranın ixracını qadağan etdiyini bildirib. Mənbə əlavə edib ki, radioaktiv materialın ixracı İranın gələcəkdə ABŞ və İsrailin gələcək hücumlarına qarşı həssaslığını artıra bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.