Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

AZAL-ın rəhbəri bahalı biletlərlə bağlı danışdı –

User 23 May 2026 - 21:55 (Last updated: 23 May 2026 - 21:55)
azal prezident

“Biz sözsüz ki, daim sərnişinlərimizin narahatlığını tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir”.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində aviabiletlərin qiymətlərilə bağlı suala cavab verərkən deyib.

Samir Rzayev bildirib ki, qiymət formalaşması isə beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:

“Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə əsas amil təsir göstərir. Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır. Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Biz sərnişinlərə alternativ seçimlər də təqdim edirik. Heydər Əliyev Benəlxalq Aeroportunda digər 40 aviaşirkət müxtəlif istiqamətlərə uçuşlar həyata keçirir və bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir. Statistikaya baxsaq, 2025-ci ildə 1,7 milyon sərnişin aeroportumuzda fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərlə səyahət edib. Ümumilikdə isə, bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişin sayı ötən ildə 3,5 milyonun üzərində olub. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir”.

AZAL rəhbəri həmçinin qeyd edib ki, burada əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə verməkdir: “Bu gün Heydər Əliyev Hava Limanı kimi biz digər aviaşirkətlərə, onların sorğularına tam şəkildə açığıq, onlara lazım olan güzəştləri verməyə hazırıq. Əsas məqsədimiz Azərbaycanda sərnişindaşımanın, Azərbaycana gələn turistlərin sayını artırmaqdır”.

AzPost.az

Post navigation

Previous: Tramp sabah müharibəyə davam edib-etməmək barədə qərar verəcək
Next: İran uranla bağlı yayılmış məlumatı təkzib edib –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib. Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış...
Read more about Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.