Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.

Səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.

Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Sonda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.