Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Almatıda “Oljas Süleymenov Azərbaycanın gözü ilə” kitabı təqdim olunub

User 26 May 2026 - 13:59
WhatsApp Image 2026-05-26 at 13.49.22 (2)

Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb.

Forum UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondunun təşkilatçılığı ilə baş tutub.

Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.

Forumun açılışında Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piriç, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bulat Utemuratov Fondunun Baş direktoru Aynur Karbozova  çıxış edərək Oljas Süleymünovun mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini vurğulayıblar.

Forumda onlayn və əyani formatda dünyanın müxtəlif ölkələrindən fəxri isimlər iştirak edir. Onların arasında: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov,  Tatarıstan Respublikasının Dövlət Müşaviri Mintimer Şaymiyev, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Nobel Ədəbiyyat Mükafatı namizədi, tanınmış şair və dramaturq Timur Zülfiqarov yer alıb.

VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu çərçivəsində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bu mötəbər tədbirin Oljas Süleymenovun yubileyi ilə eyni vaxta düşməsinin əhəmiyyətini qeyd edib. O, müasir dünyada dövlətlərin bir-birindən təcrid olunmasının yolverilməzliyini vurğulayaraq bildirib ki, sabitliyin əsas şərti qarşılıqlı hörmət və məsuliyyətə söykənən “şüurlu qarşılıqlı asılılıq” ideyasıdır.

Fondun prezidenti rəsmi çıxışında  təşkilat tərəfindən nəşr olunan mühüm bir kitabın müjdəsini də verib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Oljas Süleymenov Azərbaycanın gözü ilə” adlı xüsusi kitab işıq üzü görüb.

Nəşrdə Türk dünyasının fəxri olan görkəmli şair Oljas Süleymenov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı tarixi dialoqlar, böyük yazıçının Ulu Öndər barədə müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Oljas Süleymenovla bağlı imzaladığı rəsmi sərəncamlar toplanıb. Bununla yanaşı, kitabda Azərbaycanın tanınmış ziyalılarının və qələm sahiblərinin yubilyarın həyat və fəaliyyətinə həsr etdiyi məqalə və şeirləri də yer alıb.

Kitab forum iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Forum gün ərzində müxtəlif ölkələrdən olan elm, mədəniyyət və siyasi xadimlərin məruzələri, yekun Qətnamənin qəbulu ilə davam edəcək.

AzPost.az

Post navigation

Previous: Bulvarda gənc qıza sataşan kişinin görüntüləri yayıldı
Next: İranın bloklanmış 24 milyard dollarının azad ediləcəyi gözlənilir

Oxşar xəbərlər

musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00

xƏBƏR

Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin qalib gəldiyini etiraf edib. Vuçiç bu...
Read more about Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.