Trampdan gözlənilməz açıqlama- İsrail və Hizbullah atəşkəsə razılaşdı

ABŞ prezidenti Donald Tramp İsrail və Hizbullah arasında atəşkəs razılaşması elan edib.

Azpost.info bildirir ki, Tramp bu barədə sosial media platforması Truth Social-da yazıb.

O, deyib ki, bölgəyə gedən hərbi hissələrin marşrutunda dəyişiklik olunub.

“İsrailin Baş naziri Bibi Netanyahu ilə çox məhsuldar bir telefon danışığım oldu. Beyruta heç bir qoşun göndərilməyəcək və artıq yolda olanlar geri qaytarılıb. Eynilə, yüksək vəzifəli şəxslər vasitəsilə Hizbullahla çox yaxşı söhbət etdim və onlar bütün atışmaların dayandırılacağına və İsrailə hücum etməyəcəklərinə razılaşdılar”, – Tramp sosial media platforması Truth Social-da yazıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.