Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı tədbir keçirilib

User 02 İyun 2026 - 15:43 (Last updated: 02 İyun 2026 - 15:43)
ldu

Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda tədbir keçirilib.

Bu barədə Azpost.info-ya LDU-nun mətbuat xidmətindən bildirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qərbi Azərbaycan İcması ilə  birgə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Sonra Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini deyib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova icmanın çoxşaxəli  fəaliyyətindən ətraflı söz açıb, respublika elm və təhsil nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolunu xüsusi vurğulayıb, tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu deyib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla  birgə həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdən, maarifləndirici tədbirlərdən söz açıblar.

Lənkəran Dövlət Universitetinin Elmi katibi dos. Allahşükür Quliyev çıxışında tədbir iştirakçılarını LDU Elmi şurasının qərarı ilə tanış edib. Bildirib ki,  Elmi şuranın qərarına əsasən Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tədqiqi və təlimi” mərkəzinin yaradılması vacib hesab edilib.

İnteraktiv formatda davam edən tədbirdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Qərbi Azərbaycan İcmasının dəstəyi ilə çap olunmuş xeyli sayda bədii və elmi ədəbiyyat universitetin Elmi  kitabxanasına hədiyyə edilib.

 

AzPost.az

Post navigation

Previous: Alimlər Yerə ən yaxın “yaşayışa uyğun” yeni planet aşkar etdilər
Next: Şəhid ailəsində faciə –

Oxşar xəbərlər

memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
kart alis veris
  • Sosial

Endirimlər zamanı pulunuzu belə qoruyun – Mütəxəssislərdən 7 vacib qayda

User 05 Noyabr 2026 - 20:47
kiber firildaq
  • Sosial

Dünyada bank hesablarından milyonlar oğurlanır – Kibercinayətkarlar hansı üsullara əl atır?

User 05 Noyabr 2026 - 20:16

xƏBƏR

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın...
Read more about ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir
Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.