ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində çıxışı zamanı iş masasının üzərinə üzərində “VETO” yazılmış qırmızı papaq qoyaraq diqqət çəkib.
Tramp daha əvvəl demokratların qanunvericilik təşəbbüslərinə qarşı özünü “Cənab Veto”ya çevirəcəyini bəyan etmişdi.
Amerika liderinin Oval kabinetdəki çıxışı zamanı masasının üzərində iri ağ hərflərlə VETO (“veto”) yazılmış qırmızı papaq nümayiş etdirilib.
