Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
azer felstin

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.

Bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.

Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb: “Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir”.

Qeyd olunub ki, 2026-cı ilin iyul ayında açıqlanmış rəsmi məlumatlara əsasən, Azərbaycanda təhsil alan fələstinli tələbələrin sayı 37 nəfər olub. Onlardan 23 nəfəri “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alır.

2025-ci ilin sentyabr ayında Qəzza zolağından 14 fələstinli tələbənin Azərbaycanda təhsilini davam etdirməsi üçün təxliyəsinin təşkil edildiyi diqqətə çatdırılıb.

Səfirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan 2024-cü il mayın 10-da BMT Baş Assambleyasının Fələstin Dövlətinin üzvlüyə uyğunluğunu təsdiqləyən və Təhlükəsizlik Şurasına onun müraciətinə yenidən müsbət yanaşmağı tövsiyə edən qətnaməsinin lehinə səs verib. Həmçinin, 2025-ci il sentyabrın 12-də Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həll modelinin həyata keçirilməsi barədə Nyu-York Bəyannaməsinin qəbulunu dəstəkləyib. 2026-cı ildə də rəsmi görüşlərdə və çoxtərəfli platformalarda bu mövqe ardıcıl şəkildə təsdiqlənib.

“Bütün bu dəstək mövqelərinə və təşəbbüslərə əsaslanaraq, Fələstin Dövlətinin Səfirliyi Fələstin xalqına göstərilən dəstəyə, fələstinli tələbələrə və nümayəndə heyətlərinə nümayiş etdirilən diqqət və əməkdaşlığa görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına dərin təşəkkürünü və minnətdarlığını bildirir. Səfirlik bu dostluq münasibətlərini yüksək qiymətləndirir və onların qarşılıqlı hörmət və davamlı əməkdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsi imkanlarına inamla yanaşır. Fələstin–Azərbaycan münasibətlərində Fələstinin artan iştirakı, davamlı siyasi, institusional və mədəni əlaqələr iki ölkə arasında əməkdaşlığın daha dərin mərhələsinə keçid üçün zəmin yaradır”, – bəyanatda qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu
Next: ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
ixrac03
  • Baş Yazı

Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır?

User 05 Noyabr 2026 - 20:02
tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23

xƏBƏR

abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın...
Read more about ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir
Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi azer felstin
  • Baş Yazı

Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

User 06 Noyabr 2026 - 11:29
Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu tramp veto
  • Dünya

Tramp masasının üzərinə “VETO” yazılmış papaq qoydu

User 06 Noyabr 2026 - 10:46
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.