Alimlər okeanın dibində minlərlə sirli dairə aşkar etdilər

Sakit okeanın dərinliklərində aparılan tədqiqatlar zamanı alimlər dənizin dibində yerləşən minlərlə mükəmməl formalı dairəvi quruluş aşkarlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə beynəlxalq okeanoqraflar qrupunun hesabatında qeyd olunub.

İlk vaxtlar tədqiqatçılar bu quruluşların geoloji proseslərin nəticəsi olduğunu düşünsələr də, sonrakı müşahidələr fərqli mənzərə ortaya çıxarıb. Məlum olub ki, diametri iki metrə çatan bu dairələri kiçik balıq növü yaradır.

Maraqlıdır ki, erkək balıqlar cütləşmə mövsümündə qumun üzərində mürəkkəb naxışlar çəkərək dişilərin diqqətini cəlb etməyə çalışırlar. Bu iş həftələrlə davam edir və nəticədə kosmosdan görünən strukturları xatırladan simmetrik formalar yaranır.

Alimlərin fikrincə, bu, heyvanlar aləmində müşahidə olunan ən mürəkkəb davranış nümunələrindən biridir. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf dəniz canlılarının davranışı ilə bağlı yeni suallara cavab tapmağa kömək edəcək.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.