Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ABŞ-da nə qədər azərbaycanlı tələbə oxuyur? –

User 06 İyun 2026 - 12:47 (Last updated: 06 İyun 2026 - 12:47)
telebe kitabx

Ötən tədris ilində ABŞ-da 1329 azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir.

Azpost.info APA-ya  istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və “Education USA” tərəfindən ABŞ-da təhsillə bağlı təşkil olunmuş sərgidə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dördüncü ildir ki, ABŞ-a üz tutan azərbaycanlı tələbələrin sayında artım qeydə alınır.

“ABŞ azərbaycanlı tələbələrin ali təhsil almaq üçün üstünlük verdiyi istiqamətlərdən biri olaraq qalır və biz son illərdə əlamətdar artımın şahidi olmuşuq. Ardıcıl olaraq dördüncü ildir ki, ciddi artım müşahidə olunur və bu, Amerika təhsilinin keyfiyyətinə olan etimadın getdikcə artdığını göstərir. ABŞ-da təhsil alan azərbaycanlı tələbələr yalnız yüksək səviyyəli təhsil əldə etmirlər. Onlar həm də mədəniyyətlər arasında körpü rolunu oynayır, uzunmüddətli əlaqələr qurur və Azərbaycana ölkənin inkişafına töhfə verə biləcək yeni və innovativ baxışlarla qayıdırlar”, – Emi Karlon qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul isə deyib ki, Azərbaycandan olan tələbələr ABŞ-dan geri qayıdarkən analitik düşüncə tərzi, güclü peşə bacarıqları və ABŞ-da təhsil almış 8 mindən çox azərbaycanlıdan ibarət məzun şəbəkəsinin bir hissəsi olmaq imkanı qazanırlar: “Bu da göstərir ki, azərbaycanlı tələbələr və onların ailələri Amerika təhsilinin və aparıcı ali təhsil müəssisələrinin dəyərini yaxşı anlayırlar. ABŞ-ın ali təhsil sistemi olduqca genişdir”.

 

AzPost.az

Post navigation

Previous: Yeni 100 manatlıq dövriyyəyə buraxılır-
Next: Həkimlər xəbərdarlıq edir –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.