İspaniyanın paytaxtı Madridə səfəri zamanı Roma Papası XIV Leo bir daha bəyan edib ki, ABŞ və İsrailin İrana qarşı olan müharibəsi Katolik təlimindəki “ədalətli müharibə” standartlarına cavab vermir.
“Əl-Cəzirə” xəbər verir ki, pontifikin bu açıqlaması ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin bu müharibəni “ədalətli müharibə” adlandırması, Papa Leonun isə bunu rədd etməsindən sonra baş verib.
“Çox aydın şəkildə ifadə olunub; İranda ədalətli müharibə kriteriyaları mövcud deyil. Ədalətli müharibə nəzəriyyəsi bəşəriyyətin bu gün sahib olduğu silahları və məhv etmə gücünü təsəvvür etməyin qeyri-mümkün olduğu əsrlərə təsadüf edir”, – deyə katolik kilsəsinin rəhbəri qeyd edib.